“Kişilərin plastik əməliyyat etdirmələrinə pis baxıram. Kişinin elə yaraşığı kişiliyindədir”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva deyib.
O bildirib ki, kişilərin plastik əməliyyatına normal baxmır: “Nənlərimiz deyirdi ki, kişi meymundan bir az fərqlənsə yaxşıdı. Belə bir deyim də var ki, kişinin parfum qoxusu elə onun kişilik iyidir. Əks cinsin gözəlliyi, zəhmi elə onun yaraşığıdır. Ay burunu əyri oldu, nə bilim nə oldu. Nə olsun? Kişiyə təbiilik yaraşıq verər. Yoxsa… Birinin gözü sallandı, digərinin burunu əyildi, o birinin saçı ağardı, rəng qoydu. Fərq etmir, məncə təbiilik daha yaxşıdır. Bir qadın olaraq mənə bunlar önəm daşımır. Kişi bunları etməsə yaxşıdı. Kişi dostlarımızdan plastik əməliyyat etdirənləri də var. Amma etdirməsələr, daha yaxşı olar”.