Müğənni Rəqsanə İsmayılovanın 475 minlik İnstaqram səhifəsi oğurlanıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə ifaçının qızı Aysun sosial şəbəkədə xəbər verib:
“Diqqət, Rəqsanə İsmayılovanın səhifəsi oğurlanıb. Sizə gələn mesajlara cavab verməyin. Hamıya təsdiqləmək üçün link göndərir ki, sizin də səhifənizi oğurlaya bilsin. Qətiyyən qəbul etməyin”.