20 Avqust 2014 12:59
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ağadadaş Ağayev həyatının ən önəmli məşğuliyyətindən danışıb.

Müğənni onun üçün idmanın özəl yeri olduğunu bildirib.

“Hər şey daxil” verilişində qonaq olan ifaçı həftədə iki dəfə mütləq idmana getdiyini söyləyib:

“Formada qalmaq üçün mütləq idman edirəm, pəhriz saxlayıram. Arıqlamışam, amma 5-6 kiloqram daha arıqlamalıyam. İdmanı hər kəs sevməlidir, onsuz yaşamaq olmaz. İdmanı xoşlamaq özünü sevmək, sağlamlığa gözəl münasibət bəsləmək deməkdir. Mən futbolu çox xoşlayıram. Oturub baxanda irad tuturlar ki, bu nədir? Elə insanlara cavab verə bilmirəm. Bunun izahı yoxdur. İnsan idmanı sevmirsə, demək, yaşamır. Mən idmana gedəndə iki saat dincəlirəm. Günümün ən gözəl anını yaşayıram. Yeməyimə fikir verirəm. Beş saat fasilə ilə yemək yeyirəm. Saat 6-dan sonra ağır təamlardan istifadə etmirəm. Yüngül qidalar qəbul edirəm. Buna görə də, yavaş-yavaş istədiyim formaya düşürəm”.

axşam.az


Müəllif: