Azərbaycanlı müğənni Cəmil ( Hacıağa Bağırov) xalq artisti Aygün Kazımovanın “Sus” mahnısını ifa edib.
Teleqraf.com-un məlumatına görə, özünə yeni səhnə adı götürən ifaçı bu mahnının ona uğur gətirəcəyinə əmin olduğunu vurğulayıb.
Qeyd edək ki, Cəmil ATV-də yayımlanan “Azərbaycanın səsi” layihəsində , o cümlədən də Ukraynanın “X factor” tele-müsabiqəsində iştirak edib.