16 Sentyabr 2018 13:36
1 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış müğənnisi Ece Seçkinin sevgilisi Çağrı Terlemezlə nişanı olub.

Teleqraf.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, cütlüyün xoş gününə ailələri və yaxın dostları qatılıb. İfaçı özəl günündə təəssüratlarını da bölüşüb:

“Bu gün çox həyəcanlıyam. Evlilik yolunda ilk addımı atıram. Özümə və Çağrıya xoşbəxtlik diləyirəm. Hər şey xəyal etdiyimdən də gözəl oldu”.


Müəllif: Aygül Qarayeva