Tanınmış müğənni Manaf Ağayev evindən və maşınından cadu tapıb.
Teleqraf.com-un məlumatına görə, ifaçı “Şou atv”də bildirib ki, bu caduların bəzisini özü, bəzisini də evlərini təmizləyən şəxs tapıb:
“Göz, nəfsdən çox qorxuram. Bu günə qədər bunları sınamışam. Mənə cadu da olunub. Amma bunun mənə təsiri olmur. Hətta maşınımdan və evimdən də cadu tapmışam. Düyümlənmiş cadular qarşıma çıxırdı. Köməkçi evləri yığışdıranda da bir neçəsini tapıb. Düşünürdüm ki, bu dualar ailəm üçün edilib. Bu cür şeylərə daim boş baxmışam. Amma gözə, nəzərə daim inanmışam”.