20 Avqust 2014 23:50
1 693
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Eurovision 2014” mahnı müsabiqəsinin qalibi Konçita Vursta qazandığı birincilikdən sonra fərqli dəvətlər, təkliflər edilir.

Bir müddət əvvəl 25 yaşlı ifaçı modelyer Jan-Pol Qotenin dəfiləsində final libasını nümayiş etdirmişdi. Bu dəfə isə Karl Lagerfeld öz yeni kolleksiyasını saqqalı qadına həvalə edib. O, “CR Fashion Book” adlı jurnal üçün yeni fotosessiyasında Konçita ilə birlikdə kamera qarşısına keçib. Alt paltarlarını nümayiş etdirən Konçitaya hamilə model Eşli Qud da tərəf müqabilliyi edib.

Jurnala müsahibə verən Vurst saqqalı qadın imicinin uzun illər mövcud olduğunu deyib:

“Əslində bu obraz hələ qədim dövrlərdən var. Avstraliyada kənddə, mühafizəkar mühitdə böyümüşəm. Qəribə oğlan idim, qadın libasları geyinirdim. Transseksual olmaq ciddi biznesdir. Əsas odur ki, özünü itirməyəsən”.

/Axşam.az/









Müəllif:

Oxşar xəbərlər