“Eurovisin 2011”in qalibi Nigar Camal uzun fasilədən sonra yeni mahnısını təqdim edib.
Teleqraf.com xəbər verir ki, ifaçı “Səndən uzaq” adlı bəstəni oxuyub.
Müğənni yeni işi barədə təəssüratlarını da bölüşüb: “Mənim ifamda daha çox dinamik mahnılar yer alır deyə, bu dəfə fərqli bir tərzə müraciət etmək istədim. Mahnıda indiyədək etmədiyim azərbaycansayağı boğazlar var. Tamaşaçıların bəyənəcəyini düşünürəm”.
Qeyd edək ki, mahnının sözləri Fərid Pənahova, musiqisi isə Flaminque Recordsa aiddir.