Ötən gün “Yaşıl teatr”da müğənni Xatirə İslamın solo konserti olub.
Teleqraf.com-un məlumatına görə, konserti ilk olaraq “Qarabağ” ansamblı açıq elan edib.
Daha sonra qonaqları salamlayan gecənin aparıcısı Saleh Bağırov sözü “Xan” rəqs qrupuna verib. Rəqqaslar məharətlərini nümayiş etdirəndən sonra Xatirə İslam səhnəyə çıxıb.
Sevilən “Viranə” mahnısı ilə gecəyə start verən müğənni ifasını bitirdikdən sonra konsertinə gələnləri salamalayıb: “Çox sağ olun ki, məni bu məsuliyyətli gündə tək qoymadınız. Bu konsertdə heç kimə dəvətnamə göndərmədim. Konsertimə gələn bütün həmkarlarım bilet alıblar.
Onu da deyim ki, qabaq yerlərin biletləri baha qiymətə satılıb. Bu günə qədər bu zalda qabaq yerlərdə ən baha bilet satan ifaçı mən oldum”.
Xatirə İslamın konsertinə tanınmış müğənnilərdən Nazənin, Mətanət Əsədova, Rüfət Axundov, Tunar Rəhmanoğlu, gitara ifaçısı Hüseyn Məhəmmədoğlu, rəqqasə Fatimə Fətəliyeva, aparıcılar Zaur-Günay Baxşəliyevalar təşrif buyurub.
İfaçının konsert imici üzərində stilist Pərviz Mirzəyev çalışıb, geyimini isə Nisə Əzizova hazırlayıb.
Xatirə İslam konsertin sonunda vəd etdiyi sürprizi açıqlayıb. O, aprel şəhidi Müşviq Orucovun valideynlərini səhnəyə dəvət edib. Konsertdən yığılan pulla Müşviq bulağı ucaldacağına söz verib.
Əməkdaşımız Xatirə İslamın konsertdən öncə təəssüratlarını lentə alıb. Həmin videonu təqdim edirik: