“Eurovison 2010” təmsilçimiz Safura Əlizadə bu gün doğum günün qeyd edir.
Teleqraf.com-un məlumatına görə, keçmiş ifaçı bu barədə sosial şəbəkədə yazıb: “Bu gün diqqətimi ətrafımda baş verən hadisələrə cəmləşdirməyə çalışdım. O, həmin məqam idi ki, oğlum ağlayaraq, şokolad istəyirdi. Qızım isə özündən böyük pijama geyinmişdi, ata dərsdən gələn oğlunu qarşılamaq üçün aşağı düşmüşdü. Mən isə həyəcanla atanın küləyin qarşısında dayanaraq, oğlunu gözləməsini müşahidə edirdim. O, qorxurdu ki, külək onu aparar. Bunlar kiçik görünən, əslində isə dəyəri ölçülməyən anlardır. Allaha mənə gözəl həyat verdiyinə görə minnətdaram. Mənə tez-tez verilən “Səhnə üçün darıxırsınız?”, “Yenidən oxumaq istəyirsiniz?” suallarına cavab vermək istəyirəm. Mənim üçün ailəmdən vacib heç nə yoxdur. İstəyirəm ki, hər günüm belə xoş qayğılarla başlasın və başa çatsın”.
Qeyd edək ki, S.Əlizadə mərhum nazir Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlidir. Onun bu nikahdan iki övladı var.