20 Avqust 2014 18:13
790

May ayının 7-də tanınmış müğənni Ferhat Göçer və kino tənqidçi Ömür Gedik mətbuata açıqlama verərək münasibətlərinin bitdiyini elan etdilər.

Amma bu ayrılıq çox uzun çəkmədi. Az keçməmiş keçmiş sevgililər Bodrumda bir yerdə görüntüləndilər. Ayrılıq qərarının üzərində cəmi 13 gün keçmişdi…Barışıqdan sonra ilk müsahibəsini “Hafta sonu” dərgisinə verən Ferhat Göçer münasibətləri ilə bağlı səmimi açıqlamalar verib.

Teleqraf.com müsahibədən bəzi çıxarışları sizə təqdim edir.

- Niyə evlilikdən bu qədər qorxursan?
- Qorxu deyil. Mən daha çox bunun doğru zamanda, doğru formada olmasından yanayam. Bunun indi baş verməsini doğru hesab etmirəm. Çünki işlərimizdən dolayı çox ağır bir dönəmdəyik. Ona görə indi bu barədə düşünmürük. Başımı qaldırıb bunü düşünəcək halım belə yoxdur.

- Sən hər zaman yaxşı niyyətlə danışırsan, məsələn, sevgililərin üçün heç vaxt pis danışmamısan.
- Ömürlə bağlı özümə böyük bir söz verdim. Əsla Ömürə xəyanət etməyəcəm. Dostlarımın yanında da ona dedim: “əgər belə bir şey eləsəm, hamınız gəlib üzümə tüpürün”. Elə indi bunu sənə də dedim. Çünki sevgidə güvənmək çox önəmlidir, hətta birincidir. Güvənmədiyin insanı sevə bilməzsən, heç onunla dost ola bilməzsən. Bizim cəmiyyətdə sədaqət çox mühümdür. Əgər sevgilinə xəyanət etsən, onun qürurunu,onurunu zədələyə bilərsən. Mən Ömürə xəyanət etmərəm.

Pərvin


Müəllif: