Azərbaycanlı müğənni Əkbər Əliyev yerli telekanallarda normal verilişin olmamasından gileylənib.
Teleqraf.com-un məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə status yazıb: “Bir normal verilişimiz yoxdur, qürurla deyim ki, yerli telekanallarımız Avropa standartlarına uyğundu. Həm televiziyanın keyfiyyəti, həm də aparıcıların savadsızcasına veriliş aparmaları... Bu “çuşka”ların ab-havası nə vaxta qədər davam edəcək? Birlik olsa, bəlkə nəsə əldə edərik. Təəssüf. Keyfiyyətsiz verilişlərə və mahnılara stop deyək”.