Azərbaycanlı müğənni Elnarə Xəlilova ötən gün yağan güclü leysanla bağlı təəssüratlarını bölüşüb.
Teleqraf.com-un məlumatına görə, ifaçı sosial şəbəkədə bu sözləri yazıb:
“Qiyamət də bir gün belə gələcək... Onda da FHN-i çağıracaqsız? Neyləsin FHN? Bütün dünyada kataklizmlər baş verir. Hər yanı sel yuyub aparır. Buna təbii fəlakət deyirlər. Allah da istəyir yusun günahlarımızı, su yetmir. Şikayət etməyin. Dua edin! Bunların hamısı xəbərdarlıqdır”.