Müğənni Niyam Salami bir müddət öncə həmkarı Samir Piriyevlə birgə Türkiyədə qurduqları biznesdən danışıb.
Teleqraf.com-un məlumatına görə, Niyam “Hər şey daxil” verilişində bildirib ki, həmkarına görə ziyana düşüb: “Samirə görə 30 min itirdim. Azdır? Kim-kimə verir indi bunu? Samir, dostumsan, salamımız olacaq, belə danışmayın. Bizim yayda işimiz pis ərəfəyə düşdü. Restorana gələn olmadı”
Qeyd edək ki, Samir Piriyev Niyam Salami ilə biznesindən danışarkən “İşi batırdı” sözlərini əlavə etmişdi.