Prodüser Tolik xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlunun el şənliyində yenidən duet oxumasına münasibət bildirib.
Teleqraf.com-un məlumatına görə, prodüser “Hər şey daxil” verilişində bildirib ki, Namiq Qaraçuxurlu ilə yalnız Aygün Kazımova və Könül Kərimovanın duetləri uğurlu alınır:
“Namiq Qaraçuxurlu ilə Aygün Kazımovanın çox gözəl duetləri olub. Amma Namiqin yanında Aygün Kazımovanın yerini heç kim verə bilməz. Hər kəs Namiqin yanında yamaq kimi görünürdü. Könl Kərimovanı çıxmaq şərti ilə.
Ona görə də Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun el məclisində bir araya gəlmələrinə çox sevindim. İnşallah bu gündən sonra onları tez-tez birgə görərik”.
Qeyd edək ki, Namiq Qaraçuxurlu ilə adı çəkilən 2 məşhurdan savayı bu günə qədər müğənnilər Rəhim Rəhimli, Sevinc-Sevil Səfərova bacıları, Əhməd Mustafayev də duet oxuyub.