27 Sentyabr 2018 00:30
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımova oktyabrın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert verəcək.

Teleqraf.com-un məlumatına görə, müğənni konsertlə bağlı təəssuratlarnı Teleqraf.com-a bölüşüb: “Bu il mənim 50 yaşım, sənətdə olmağımın isə 40 ili tamam olur. Eyni zamanda ustadım Şövkət Ələkbərovanın 90 illik yubileyidir. Konsertimizin adı “Mənim ömür nəğmələrim” adlanır.

Bu konsertidə məqsədim Şövkət xanımın ruhunu xoş etmək, həm də məni sevən, çoxdandır görməyən, yenidən dinləmək istəyənləri sevindirməkdir.

İstəyirəm ki, darıxmağa, həsrətə son qoyaq. Ona görə də bu işdə bütün hər kəsə, Elnur Həsənova, Filarmoniyanın rəhbəri Murad Adıgözəlzadəyə, Şövkət xanımın ailəsinə təşəkkür edirəm. Onlar bütün gün mənim yanımdadırlar”.

Aybəniz Haşımova konsert haqda da məlumat verib: “Konsertdə repertuar əsasən Şövkət xanımın olacaq. Səhnədə tələbələrimlə də çıxışlarım baş tutacaq. Qarabağ mövzusuna mütləq toxunacağıq. Çünki mənim həyatımı Qarabağsız təsəvvür etmək mümkün deyil”.

İfaçı konsert üçün müxtəlif nömrələrin hazırlandığını deyib: “Konsert üçün müxtəlif nömrələr hazırlanıb. Uzun illər öncə Azərbaycan səhnəsində tamaşaçılar qarşısında göstərilən dəyərli əsərlərdən biri 8 yaşlı tələbəmin ifasında canlanacaq.

Bizi Qara Qarayev adına Kamera Orkestrı və Gülarə Əliyeva adına Azərbaycan Dövlət Televiziyasının “Dan ulduzu” instrumental ansamblı müşaiyət edəcək. Konsertin ssenari müəllifi Firuzə Nadirdir. Konsert antraktsız 2 saat olacaq. Dinləyicilər əsasən klassik, ölməz əsərləri eşidəcəklər”.

Əməkdar artist tədbir üçün niyə məhz Filarmoniyanı seşdiyinə də aydınlıq gətirib: “Konsert üçün Filarmoniyanı seçməyimin səbəbi var. Çünki ilk dəfə böyük səhnədə Şövkət xanımın qarşısında məhz Filarmoniyada oxumuşam”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər