Xalq artisti Mələkxanım Əyyubova ilə əməkdar artist Nigar Şabanova arasında qalmaqal yaşanıb.
Teleqraf.com-un məlumatına görə, "Gündən-günə" verilişinin qonağı olan Nişar Şabanova bildirib ki, Mələkxanım Əyyubova onu ad alması münasibəti ilə təbrik etməyib: "İncik düşmüşdüm, amma indi bir önəm daşımır. Dildə yox, əməldə müəllimim olsaydı, birinci növbədə sevinməli idi. Vallah, ondan bir muğam da öyrənməmişəm. Mən Qəzənfər Abbasovun əziyyətini necə itirim? Universitetdir, Allah canını sağ eləsin, qiymətlərimi yazıb, minnətdaram".