27 Sentyabr 2018 08:35
1 532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada keçirilən gözəllik yarışmasının birincisi olan Veronika Diduşenko müsabiqədən uzaqlaşdırılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Diduşenkonun evlənib boşanması və 4 yaşında qızının olmasıdır. Bunun həm Ukrayna, həm də Dünya Gözəllik yarışmasının qaydalarına zidd olduğunu əsas gətirən müsabiqənin idarə heyəti xanım iştirakçını yarışdan diskalivikasiya edib.

Yarışmanın icra direktoru Viktoriya Kios ukraynalı gözəlin müsabiqənin bütün şərtləri ilə razılaşıb müqavilə imzaladığını, daha sonra isə qaydaları pozduğuna görə yarışdan uzaqlaşdırıldığını açıqlayıb. Viktoriya Kios bu hadisədən sonra hətta Ukraynanın Dünya Gözəllik yarışmasından kənarda qala biləcəyini də istisna etməyib. Bütün bunlara rəğmən pərəstişkarlarından dəstək alan Veronika Diduşenko gözəllik tacını geri qaytarmaqdan imtina edib.

Qeyd edək ki, təşkilatçılar tacın yeni sahibinin adının bu həftənin bazar günü açıqlanacağını bildiriblər.


Müəllif: Leyla

Oxşar xəbərlər