Tv 8 kanalının rəhbəri Acun Ilıcalı “O Səs Türkiyə” musiqi yarışmasının münsiflər heyətini açıqlayıb.
Teleqraf.com Türkiyə KİV-nə istinadla xəbər verir ki, Acun Ilıcalı “O Səs Türkiyə” yarışmasının jürisi ilə fotosunu İnstaqram hesabında paylaşıb. Kanal rəhbəri yeni mövsümdə layihəyə əvvəlki münsiflər Hadisə və Murad Bozla davam edəcək.
Müğənnilər Murad Boz, Seda Sayan, Hadisə və şoumen Bəyazid Öztürklə obyektiv qarşısına keçən aparıcı fotoşəkli “O Səs Türkiyə 2018 xeyirli olsun” qeydi ilə bölüşüb.