Türkiyənin tanınmış müğənnisi Mustafa Sandal həmkarı Simgenin "Öpücem" adlı yeni klipini hesabında yerləşdirərək "Qucağını aç, gəlirəm" qeydini yazıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu paylaşımdan sonra ikilinin eşq yaşadığı haqda xəbərlər yayılıb. Məsələ ilə bağlı Mustafa açıqlama verib və iddiaların yalan olduğunu deyib.
Ardınca Simgenin meneceri də xəbərin gerçək olmadığını bildirib: "Xəbərlər doğru deyil. Bu yalan iddialara etibar etməyin. Yalandan hazırlanan bu xəbərlər sənətçimizin şəxsi həyatına hörmətsizlikdir".
O, həm də Mustafanın bunu reytinq qazanmaq üçün etdiyini də qeyd edib.