Müğənni Şəbnəm Tovuzlu imicində dəyişiklik edib.
Teleqraf.com xəbər verir ki, sənətçi uzun saçları ilə vidalaşıb və yenidən qısa saç düzümünə qayıdıb.
İfaçı yeni görünüşlü fotolarını İnstaqram səhifəsində yerləşdirib.
Şəbnəmin "Bu gün saçlarım artıq özünə qayıtdı və bir az da belə gəzək" qeydli paylaşımı qısa zamanda minlərlə "like" toplayıb.
İzləyiciləri müğənniyə qısa saç düzümünün daha çox yaraşdığını vurğulayıblar.