Azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva küsülü olduğu həmkarı Oksana Rəsulovadan danışıb.
Teleqraf.com-un məlumatına görə, rəqqasə “ATV-maqazin onlarla” verilişinə açıqlamasında həmkarını ana olması münasibəti ilə təbrik edib: “Ana olduğuna görə çox sevinirəm. Vaxt olub, mənə görə sevinməyiblər. Amma mən sevinirəm. Allah, balasını min budaq etsin.
Məncə, ana olandan sonra onun əvvəlki aqressiyası olmayacaq. Çünki ana olmaq gözəl hissdir”.
Qeyd edək ki, Oksana Rəsulova bu yaxınlarda süni mayalanma yolu ilə ana olub.
Rəqqasələr uzun illərdir ki, küsülüdür.