1 Oktyabr 2018 21:42
1 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev “Gözüm dəyməsin sənə” adlı klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, təqdimat “Gənclik Mall” AVM-də yerləşən "Cinema Plus" kinoteatrında baş tutub. Tədbirə ekran işində rol alan xalq artisti Murad Dadaşov, əməkdar artistlər Rafael İsgəndərov, Coşqun Rəhimov, yazıçı Nərminə Məmmədzadə, reper Ramil Nabran, Nadir Nağdpul iştirak edib.

Klipdə çəkilən digər tanınmış simalar əməkdar artistlər Tünzalə Aliyeva, Sona Babayeva, Mirzə Ağabəyli, rəqqasə Fatimə Fətəliyeva və oğlu Hüseyn isə müəyyən səbəbdən tədbirə qatıla bilməyib.

Təqdimat aparıcı Afaq Gəncəlinin zalda əyləşən qonaqları və media nümayəndələrini salamlaması ilə start götürüb:

“Məşhurları bir araya yığmaq çox çətindir. Çünki onların bəzən vaxtları olmur, bəzən isə kaprizləri tutur. Amma Faiq bəy istədisə, deməli hər şey olmalıdır. Həm də qeyd edim ki, mənim ilk çəkildiyim klip Faiq Ağayevlə olub. Mən 2006-cı ildə “10LAR” verişini çəkəndə “50 sual” rubrikamın ilk qonağı da elə F.Ağayev olub. Ümumiyyətlə isə bir çox ilklərin Faiq Ağayevlə bağlıdır”.

Aparıcı daha sonra sözü xalq artistinə verib:

“Hər birinizi salamlayıram. Xoş gəlmisiniz. Sonuncu dəfə “Bollywood Night” festivalı üçüb mətbuat konfransı keçirəndə sizləri dəvət etmişdim. Amma klip 6 il öncə “Əlvida” mahnısına çəkilmişdi. Həmin ekran işində baş rolda sevimlimiz Afaq Gəncəli çəkilmişdi. Uzun müddətdən sonra klip təqdim etdiyim üçün düşündüm ki, məhz estafeti sonuncu ekran işinin qəhrəmanı ötürsün”.

Faiq Ağayev tanınmış simaların çəkildiyi klip haqda ətraflı məlumat verib:
“Bu klipdə mənim doğma insanlarım çəkilib. Hamısına müraciət etdim və sevərək çəkiləcəklərini bildirdilər. Bu da 30 ili nahaq yerə xərcləmədiyimin sübutu idi. Mən dostlar qazanmışam. 8 il rejissor Nail Naiboğlu “gəlin klip çəkək” deyirdi. Necə oldusa yayda saqqızımı oğurladı. Ekran işi 3 gün ərzində qızmar istilərdə çəkilib. Montaj prosesi təqribən 2 həftə çəkdi. Onu da qeyd edim ki, hazırkı versiyanı hazır olana qədər 7 dəfə dəyişiklik etmişik”.

Sevilən ifaçı son zamanlar dünya şou-biznesində də müğənnilərin kliplərinə həmkarlarını çəkməsinə münasibət bildirib:

“2001-ci ildə ekranlaşdırdığımız “Sən gəlməz oldun” klipimdə məşhur simalar çəkilib. Mən bunu 17 il öncə etmişəm. Belə sualların çıxması normaldır. İnsanlar böyüdükcə bəzi hadisələri görməmiş kimi olurlar. Çünki həmin vaxtlar yaşları az idi. Adətən türk dostlarımız məni Tarkanla müqayisə edirlər. Deyirlər Azərbaycanın Tarkanısan. Çox gözəl müqayisədir. Çünki peşəkar birinə bənzədirlər. Lakin mən peşəkar səhnədə olanda Tarkan hələ səhnədə deyildi”.

Xalq artisti klipdəki obrazından da söz açıb:

“Bu obrazım ilk vaxtlar klip üçün düşünülmüşdü, amma sonradan çox bəyəndiyim üçün belə də qaldı. Cavanların yaraşır deməsi normaldır. Yaşlılar yaraşır deyəndə şokda oluram. 30 il ərzində saçlarımı uzatdım, qısaltdım, boyatdım və fərqli formalarda oldum. İnsan bəzən gezgüyə baxanda özü-özündən usanır. Bu illər ərzində eyni Faiq Ağayeva baxsaydınız nə olardı? Dəyişiklik xoşuma gəlir”.

O, rəqabətdən qorxmadığını bildirib

“Mən çox xoşbəxt insanam ki, bu sənətdəyəm. Mənim bəxtim gətirib düzgün yerdəyəm. Heç vaxt rəqabətdən qorxmamışam. Hər zaman demişəm ki, meydan açıqdır. Mən çalışıram, siz də çalışın. Tamaşaçı kimdə alınıb, alınmamasını təyin edəcək”.

Qeyd edək ki, mahnının sözləri Cavid Şahbazbəyova, musiqisi Nadir Nağdpula aiddir.

Qeyd edək ki, klip bir neçə saat sonra yutuba yerləşdiriləcək.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər