İraqda son həftələrdə moda dünyasına bağlı olan 4 qadının öldürülməsi ölkədə təşviş yaradıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu qətllərin ardından ölkənin məşhur gözəllik kraliçalarından hesab olunan Şeyma Kasım Abdülrahman naməlum şəxslər tərəfindən ölüm təhdidləri aldığını bildirib. Ona sosial media hesablarından "Ölmək növbəsi səndədir" tipli mesajlar gəldiyi məlum olub.
Qeyd edək ki, bir müddət əvvəl İraqın tanınmış modellərindən olan 22 yaşlı Tara Fares Bağdadda silahlı şəxslər tərəfindən avtomobilində qətlə yetirilib.