2 Oktyabr 2018 23:57
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisalar Pərvin Abıyeva və Tunay Əliyeva arasında məhkəmə prosesisinin yekun nəticəsi məlum olub.

Teleqraf.com-un məlumatına görə, “Hər şey daxil” verilişinə qonaq olan Pərvin Abıyeva bildirib ki, məhkəmədə həmkarına qalib gəlib:

“Bildiyiniz kimi Tunay Əliyeva ilə məhkəmə prosesim var idi. Həmin məhkəmədə mən qalib gəldim. Əslində qərara əsasən o mənə təzminat da ödəməlidir. Lakin bu vacib deyil. Əsas məsələ üzr istəməsidir. Çünki o məni ictimai şəkildə təhqir etmişdi. Baxmayaraq ki, mən də ona qarşılıq vermişdim, ekspertiza bunu psixoloji basqı altında etdiyim qərarına gəldi.

Əgər bir məsələdə haqlıyamsa, haqqımı heç kimə yedirtmərəm. Haqsız olduğum yerdə isə üzr istəyərəm. Həm Azərbaycan xalqı, həm də media bilir ki, mən heç kimə sataşmamışam”.

Qeyd edək ki, Tunay Əliyevanın Pərvin Abıyevanı təhqir etməsindən sonra sosial şəbəkədə 2 məşhur arasında qalmaqal yaşanmışdı.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər