Müğənni Kərim Abbasova cadu edilib.
Teleqraf.com-un məlumatına görə, ifaçı bu barədə “Hər şey daxil” verilişində danışıb:
“Bir qarderobum var, ora ancaq şərflərimi yığıram. Bir şərfim var idi, bir gün onu axtarıram tapa bilmirəm. Məcbur bütün hamısın tökdüm. Baxdım ən arxadadır. Götürdüm ki, yeddi dənə düyün vurulub. Evimə girib-çıxan yad adam yoxdur. Ancaq qohumlarım gəlir. Qonşu, yad, müğənni gəlib evimə girmir. Bizə ancaq Səidə Sultan və Niyam Salami gəlirdi. Onlar da bu işi etməzlər”.