Xalq artisti Brilliant Dadaşova Türkiyənin “Kemal Müzik Yapım & Menajerlik” şirkəti ilə işbirliyinə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu haqda xəbəri şirkətin rəhbəri Kamal Aslan verib. Dadaşova ilə fotosunu paylaşan Aslan yeni layihələrə başladıqlarını söyləyib.
B.Dadaşovanın köməkçisi isə əlavə edib ki, onların işbirliyi çərçivəsində yeni albom hazırlanacaq, mahnılar yazılacaq, kliplər çəkiləcək. Eyni zamanda müğənni Türkiyədə konsertlər də verəcək.