Xalq artisti Mələkxanım Əyyubova əməkdar artist Tünzalə Əliyevanın müdafiəsinə qalxıb.
Teleqraf.com-un məlumatına görə, “Bizimləsən” verilişinə qonaq olan xanəndə Toppuş bacını qınayanlara qarşı çıxıb:
"Biz də sığortalanmamışıq. Biz də xəstələnirik, ailəmiz xəstələnir. İnsanlığı niyə qınayırsız? Əgər bu gün mən istəyirəmsə yardım edim, kiminsə əlindən tutum, sən eləmirsənsə, niyə qınayırsan? Hər şeyi Allah bilir. Allah köməyi olsun".
Qeyd edək ki, Tünzalə Əliyevanın mənzil kreditinin toplanması üçün başlanan yardım aksiyası bir çoxlarının qınaq obyektinə çevrilib.