Müğənni “Pişik” Günel (Günel Ələkbərova) ilə prodüser Tolik (Tarix Əliyev) arasında qalmaqal yaşanıb.
Teleqraf.com-un məlumatına görə, Tolikin Günelin ad günündən olan videoya “Mən gedən yerlərdə əsl ulduzlar olur. Günel yaxşı qızıdır, amma mənim statusum var” yazması müğənnini özündən çıxarıb.
İfaçı prodüserin yazdığı şərhləri İnstaqaram səhifəsində paylaşaraq, bu sözləri qeyd edib: “Öncə sənə zəng etdim, amma dəstəyi götürmədin. Bu statusu yazmağa məcbur etdin. İndi mənə yaxşı qulaq as. Bununla ikinci dəfədir ki, mənə söz atırsan. Məni bəziləri ilə səhv salma. Heç kimin yanında artıq-əskik işim olmayıb. O cümlədən də sənin. Hər zaman insanları olduğu kimi qəbul edib, onlara hörmətlə yanaşmışam. Amma mənə hörmətsizlik edib, çaşanları susdurmağı bacaran insanam. Bunu sən yaxşı bilirsən. Yazdığın şərhdən bilinir ki, məclisə gələn qonaqlar sənin üçün çox maraqlı olub ki, vaxtını bu şərhləri yazmağa həsr eləmisən. Son olaraq deyirəm, mənə ilişmə. Düşünmə ki, yazdıqlarım reklam üçündür. Zəngimi götürmədiyin üçün bura yazdım”.
Günelin bu paylaşımına Tolikin də cavabı gecikməyib: “Günel, bəlkə ağıllı olasan? Mən yatıram, sənin kimi dostlarımla orda-birda olmuram. Səhər 7-də dururam. Belə də ki, hər zaman ad günümə gəlmisən, yeri gələndə heç hədiyyəni də qəbul etməmişəm. Amma mən elə məclislərə getmirəm. İncisən də budur, inciməsən də”.