Özünə Cin təxəllüsünü götürən azərbaycanlı müğənni Ceyhun Zeynalovun ayağı yanıb.
Teleqraf.com-un məlumatına görə, ifaçı bu barədə özü sosial şəbəkədə xəbər verib: “Səhlənkarlığım ucbatından sacda qaynayan yağla ayağımın görüşü. İki həftə təqdimat və tədbirlər təxirə salınır. Sizi sevirəm”.