5 Oktyabr 2018 10:29
1 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkədə onun ailəsinə yazılan tənqidlərə münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, “Toppuş bacı”nın həyat yoldaşı xanımına irad tutan şəxslərə üstüörtülü cavab yazıb.

O? instaqram səhifəsində şəklini paylaşaraq, bu sözləri qeyd edib:

“Həzrəti Məhəmməd Peyğəmbərimiz deyir ki, o insanlara cavab vermə, o insanlardan uzaq dur və o insanlardan qorx ki, itiriləsi heç nələri yoxdu. Adları, əxlaqları və ailələri...

Bir gün bir insan küçədə Həzrət Əliyə şillə vurur. Hər kəs ayağa qalxır ki, onu cəzalandırsın. Amma Həzrət Əli icazə vermir kimsə ona toxunsun. Bu insan gecə-gündüz düşünür ki, mən ona şillə vurdum, o mənə heç nə etmədi.

Bir sabah tezdən Əlinin evinə gəlib onun ayaqlarına düşür: “Ey gözəl insan, səni vurduğum üçün üzr istəyirəm. Bir cahillik etdim, amma sən böyüklük edib məni bağışladın”.

Bəzən susmalı olursan. Bu susmağınla necə iradəli olduğunu sübut edirsən. Pislik etməyə nə var ki. Çox asandı, biz çətin olanı edək. Bizə də pislik edənə yaxşılıq edək ki, özləri utansın”.

Qeyd edək ki, Tünzalə Əliyevanın proqramda insanlardan krediti üçün pul toplaması sosial şəbəkədə tənqid hədəfinə çevrilib.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər