Müğənni Elton Hüseynəliyevin övladları Məryəm və Nuray “Hər şey daxil” verilişinə qonaq olub.
Teleqraf.com-un məlumatına görə, məşhurun övladları ataları barədə danışıblar.
Eltonun böyük qızı Məryəm deyib: “Atamın bir xasiyyətini bəyənirəm ki, daim mehribandır. Bizə yaxşı məsləhətlər verir”.
Kiçik qızı Nuray da bacısının sözlərinə qoşulub: “Nə istəmişik, atam edib. Həmişə yanımızda olub. İstərdim atamla duet oxuyum”.
Qeyd edək ki, Elton Hüseynəliyev Tamilla adlı xanımla ailəlidir. Cütlüyün bu evlilikdən 2 qızı var.