Xalq artisti Naibə Allahverdiyeva depressiyaya düşməsindən danışıb.
Aktrisa “Şou news” verilişində bildirib ki, anası öldükdən sonra depressiyaya düşüb.
Göz yaşlarını saxlaya bilməyən Naibə dəfələrlə psixoloqa getdiyini etiraf edib:
“Çox pis vəziyyətdə idim. Özüm-özümü sağaltdım. Böyük mübarizə apardım. Həkimin yazdığı dərmanları atırdım kənara. Mənə heç kim kömək etmədi. İndi də özümü hərdən pis hiss edirəm. Dedim ki, yaşamalıyam, belə ola bilmərəm.
Bütün həyatımı övladıma və sənətimə həsr etmişəm. Hər şeyi həyatda damla-damla qazanmışam. Mənim üçün heç nə hazır olmayıb”.