Azərbaycanlı müğənni Nurlan Əzizbəylinin həyat yoldaşı Nərminə Əzizbəyli də səhnəyə çıxmağa hazırlaşır.
Teleqraf.com-un məlumatına görə, müğənninin xanımı “Səhər-səhər” verilişində bu barədə danışıb: “Məclislərdə oxumuşam. Efirdə isə ilk dəfədir. Hamı oxuyur, ürəkləri nə istəyir, edirlər. Mənim evimdə sənətkar var, mən niyə oxumayım?
Mənə heç kimin fikri maraqlı deyil. Şeir də yazıram, aktrisalığım da, aparıcılıq istedadım da var. Bu yaxınlarda verilişim olacaq, film təklifi də almışam.
Ailəmizin imkanı yaxşı idi. Amma 16 yaşımdan saqqız alıb, məktəbdə satıb pul qazanmışam. Anam onu biləndə əllərimi yandırmışdı. Ali təhsilim yoxdur. Anam həkim olmağımı istəyirdi”.
Nərminə Əzizbəyli efirdə ifa etdikdən sonra proqrama gələn digər qonaqlar onu tənqid ediblər.