Müğənni Elton Hüseynəliyevin anası Şura xanım “Hər şey daxil” verilişinə telefon zəngi ilə qoşulub.
Teleqraf.com-un məlumatına görə, Azərbaycandan kənarda olan məşhurun anası oğlu barədə danışarkən göz yaşlarına hakim ola bilməyib:
“Eltonu müğənni olmağa icazə verməsəydim, bir ana olaraq peşmanlıq çəkərdim. Çünki onda Allah vergisi var. Rəbbimiz ona gözəl istedad bəxş edib. Allah onun yolunu açıq etsin. Elton, mən sənlə fəxr edirəm. Sən hər zaman mənə gözəl övlad olmusan. Hər zaman yolumu saxlamısan... (Kövrəlir). Səndən o qədər razıyam ki... Allah səndən razı olsun”.
Şura xanım daha sonra Eltonun xanımı Tamilla barədə danışıb: “Toma mənim üçün ayrı bir varlıqdır. Onun sayəsində mən qız övladımın olmamağını hiss etmirəm. O mənimlə davranışında diqqətli, ehtiyatlıdır. Gözəl qızımdır. Ona Eltonla həyat yolunda gözəl ömür arzu edirəm. İki övladlarının xeyrini görsünlər”.