Türkiyəli aktrisa Tuba Ünsal Antalya Film Festivalında geydiyi libasla sosial mediada geniş müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, aktrisa gecəyə qırmızı rəngli xüsusi dizayn olunmuş libasla qatılıb. Beynəlxalq film festivalında diqqətləri üzərinə çəkməyi bacaran Tuba Ünsal sosial şəbəkədə tənqid atəşinə tutulub.
Qeyd edək ki, Tuba Ünsal bu il 55-ci dəfə təşkil olunan film festivalına münsif qismində qatılıb. Onun bu gecə üçün seçdiyi libası isə daha əvvəl "Youtube"da çəkdiyi videolarla məşhurlaşan Duyğu Özaslan geyinmişdi.