Müğənni Kərim Abbasovla aparıcı Elçin Əlibəyli arasında qalmaqal yaşanıb.
Teleqraf.com-un məlumatına görə, “Səhər-səhər” verilişinə qonaq olan ifaçı aparıcı barədə bu sözləri deyib:
“Həyatımda 3 nəfərə halallıq verməyəcəm, onlardan biri də Elçin Əlibəylidir. Axirətdə 2 əlim onun yaxasında olacaq. Allah da mənə desə ki, ona halallıq ver, vermərəm. Onun yıxdığı evi heç kim yıxmayıb.
O mənə elə bir tələ qurmuşdu ki, vaxt gələr öz canından çəkər. Onsuz da çəkir. Oxuyub prokuror ola bilərsən, jurnalist ola bilərsən, amma həyatda insan olmaq lazımdır. Öz reytinqinə xatir kimisə bədbəxt edə bilməzsən.
Elçin Əlibəyli, sən insan kimi pis insansan. İnsanlıq məktəbi olsaydı, birinci onu göndərərdim. Mən hələ ki susuram. Öz verilişində mənə qarşı elə bir oyun qurmuşdu ki. Mən Elçinə görə 1 il İstanbulda yaşadım”.