Rihanna və Eminem “The Monster Tour” adlı birgə qastrol səfərinə başlayıb.
İlk konsert ABŞ-ın Los-Anceles şəhərində baş tutub. Bu münasibətlə müğənni "Facebook" sosial şəbəkəsində konsertdən olan maraqlı fotoları paylaşıb.
Pasadena stadionunda verilən konsertə 90 min tamaşaçı toplaşıb. Qastrol avqustun 23-ü Detroyt ştatında yekun vurulacaq.
Publika.az