14 Oktyabr 2018 11:38
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə yeni “Məndən yoxdur” adlı mahnısına klip çəkdirəcək.

Teleqraf.com-a açıqlama verən ifaçı bildirib ki, sözləri Kənan M.M-ə, musiqisi Rəhim Rəhimliyə məxsus bəstənin ekran işini rejissor Nail Naiboğluna həvalə edib:

“Yadınızdadırsa, bir müddət öncə açıqlama vermişdim ki, klip çəkdirməyəcəm. Buna səbəbsə çəkdirdiyim kliplərin televiziyalarda yetəri qədər yayımlanmaması idi. Mən də çox istərdim ki, xarici ölkələrdə olduğu kimi, ayrıca bir neçə musiqi kanallarımız olsun, kliplərimiz orada yayımlansın. İstəyim yavaş-yavaş düzəlir. Elə ona görə də yeni klip çəkdirmək qərarına gəlmişəm. Düşünürəm ki, yaxşı bir iş ərsəyə gələcək”.


Müəllif: Aygül Qarayeva