“Vicdan haqqı” serialı ilə məşhurlaşan Murad İsmayıl və Ülviyyə Xəlilbəyli cütlüyü toy tarixini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, onlar “Zaurla Günaydın” verilişində qonaq olarkən bu barədə məlumat veriblər.
Sənətçilər bildirib ki, toyları noyabr ayının 26-sı baş tutacaq.
Qeyd edək ki, iki ilə yaxındır münasibətdə olan cütlük avqust ayında nikah bağlayıblar. Onlar hazırda “Uçurum” serialında iki sevgilini canlandırır.