15 Oktyabr 2018 10:56
1 741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xeyli vaxtdır küsülü olan əməkdar artist Tünzalə Ağayeva ilə Manana Çaparidze barışıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Tünzalə Ağayeva telekanalların birinə bildirib: “Mən barışığın, sülhün tərəfdarıyam. Hər birimiz öz səhvimizi görməyi bacarmalıyıq. Bu olanda barışıq da olur.

Bizim incikliyimiz “O səs Azərbaycan”da münsif olarkən olmuşdu. Orada çox ucuz, xoşagəlməz hal baş vermişdi. Heç onun haqqında danışmaq istəmirəm. O başa düşdü ki, vəziyyəti yanlış anlayıb. Mənim qapım hər zaman belə şeylərə açıqdır. Manana özü gözəl sənətkardır, anadır. Hər zaman ona uğurlar arzu edirəm”.

Müğənni daha sonra bildirib ki, şou-biznesdə digər küsülü olduğu müğənnilərlə barışmaq istəmir: “Yox, barışmağa layiq olmaq lazımdır”.

Qeyd edək ki, Tünzalə Ağayeva xalq artisti Aygün Kazımova, Faiq Ağayev, müğənnilərdən Nura Suri, Xatun Əliyeva, Kərim Abbasovla küsülüdür.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər