Müğənni Günay İbrahimli bu dəfə fərqli obrazda kamera qarşısına keçib.
Teleqraf.com xəbər verir ki, o, tanınmış məşqçi Səbinə Məhərrəmova ilə birgə yeni bir layihəyə imza atıb.
“Məşqin bəhanəsi yoxdur” devizi ilə lentə alınan çəkilişlərdə Günay İbrahimli və Səbinə Məhərrəmova iş xanımı obrazını canlandırıb, daha sonra fitneslə məşğul olaraq insanlara idmanla bağlı çağırış ediblər.
“Bizim əsas məqsədimiz odur ki, insanlar işlərini bəhanə edib idmana biganə qalmasınlar. Artıq neçə aydır ki, idmanla məşğulam. İstədim ki, maraqlı bir layihəyə imza ataq. Əməyi keçən hər kəsə təşəkkür edirəm”- deyə Günay bildirib.
Xatırladaq ki, layihənin prodüseri tanınmış məşqçi Ceyhun Vəliyevdir. Videonu Hüseyn Qəribov, fotoları Həmid Həmidli çəkib.