Əməkdar artist Tünzalə Ağayeva ilə müğənni Nura Suri arasındakı qalmaqal yenidən gündəmə gəlib.
Teleqraf.com-un məlumatına görə, Tünzalə Ağayevanın bir neçə gün öncə “ATV maqazin onlarla” verilişində küsülü olduğu müğənnilər barəsində dediyi “Barışığa layiq olmaq lazımdır” sözləri Nura Surini özündən çıxarıb:
"Hamı pisdir, bir bu yaxşıdır. İnsan niyə özünü hamıdan üstün görsün ki? Bu nə kompleksdir? Nə qədər bu insanın adı qalmaqallarda hallandı, utansaydı barı. Əri nələr dedi, qalanlari bir kənara".
Bu dəfə Nura Feysbuk səhifəsində Tünzalə Ağayevanın keçmiş həyat yoldaşı Rəhman Əliyevin müsahibəsini paylaşaraq həmkarına cavab verib:
“Tünzalə Ağayeva bütün xəbərləri sildirə bilər, amma insanların yaddaşını yox. Keçmiş həyat yoldaşı Rəhman Əliyevin efirdə, saytlarda dediklərini Yutub və Quqldan sildirib. Yəqin öz yaddaşından da silib. Mən pul verib qran-pri almıram, mükafat və ya “raskrutka”ya pullar tökmürəm. Tünzalə Ağayeva ilə eyni tədbirdə oluruq. Hətta qardaşının toyunda da oxumuşam. “Çox sağ ol”u budur”.