ARB TV-də yayımlanan “Canım sizə desin” adlı verilişin sonuncu buraxılışı müzakirəsiz ötüşəməyib.
Teleqraf.com-un məlumatına görə, əməkdar artist Mehriban Xanlarovanın aparıcılıq etdiyi verilişin qonağı sosial şəbəkədə fenomenə çevrilən “Azəri Vandam” olub.
Onun verilişdə aparıcı ilə göstərdiyi şou sosial şəbəkələrdə tənqid edilib.
Həmin anı əks etdirən videonu təqdim edirik: