18 Oktyabr 2018 13:18
1 653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşıq Zülfiyyənin oğlu, müğənni Babək Quluzadə sosial şəbəkədə müzakirələrə səbəb olan status paylaşıb.

Teleqraf.com-un məlumatına görə, ifaçının oğlu bildirib ki, tanımadığı şəxs onu aldadıb: “Məni hər yerdə görmək mümkündür. Məsələn, avtobusda, metroda, taksidə. Mən bəziləri kimi insanlardan qaçmıram. Amma bu o demək deyil ki, hər dəfə məni yolda görəndə əlində xəstə uşaq şəkli ilə gəlib məndən pul istəyəcəksiz. Belə şeylər etməyin, inandırıcı gəlmir.

Keçən dəfə metroda bir ağsaqqal yaxınlaşdı və məni tərifləməyə başladı. Sonda dedi ki, rayona getməyə imkanım yoxdur, kömək elə. Mən də kömək etdim.

Amma sonra qulağıma çatdı ki, gedib oturub hardasa araq içirmiş.
Ay ağsaqqal, qadan alım, səni tutsam, belini bükəcəm. Niyə məni aldadırsan?
Mən Allaha xatir edirəm, amma görürəm ki, Allaha həvalə eləmək hərdən düzgün deyil. Özüm tədbir görməliyəm”.

Qeyd edək ki, aşığın oğlunun bu paylaşımı sosial şəbəkədə müzakirə edilib.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər