Əməkdar artist Cavanşir Məmmədov mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovdan danışıb.
Teleqraf.com-un məlumatına görə, "Bizimləsən" verilişinə qonaq olan ifaçı bir çox məqamların uşunu açıb:
"İlhamə Quliyeva üçün mebel alanda 17 min endirim etdirdik. Özü incidi getdi ki, qiyməti baha idi. Türklər idi, tanımırdılar. Getdim onların yanına. Videomaterial apardım ki, o, çox böyük sənətçidir. Pul qazanan adam deyil, toylara getmir. Ev alanda 350 minə danışmışdı Orxan. Mən tapmışdım evi. Həmin gecə toyda idim, getdilər baxdılar evə. İlhamə xanım dedi ki, toydan çıxanda mənə zəng et. Dedim, Firuzə xanımla yol gəlirik. Dedi, 350 minə dedilər evi. Həmin vaxt 200 mini məndə idi, saxlamağa vermişdi. Bankda inflyasiyadan qorxdu, çıxartdı verdi mənə. 150 min də özündə idi. Dedi, pul çatır, elə 350 minə alarıq. Dedim, darıxma evin sahibini tapaq.
Getdim tapdım. Dedi, 350-yə deyirlər, amma aşağı etmək olar. Orxanla makler dedi ki, ev həll olub. Mən də İlhamə xanıma dedim ki, gözünüz məndə olsun, evin sahibi ilə danışmışam. Makler məni çəkdi kənara, arxasınca da Orxan gəldi. Dedi ki, ortada 30 min pul var, adama 10 min bölərik. Dedim, o pulu necə bölsəz, özünüz bilərsiz. Amma o sizə çatmayacaq, mənə də lazım deyil. Orxana dedim ki, sən necə gedirsən bu işə? Dedi, mən yox, makler gedir".