19 Oktyabr 2018 15:08
2 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saç tökülməsindən əziyyət çəkən müğənni Manaf Ağayev həkimə müraciət edib.

Teleqraf.com-un məlumatına görə, artıq yeni gur saçları olan ifaçı bu barədə danışıb: “Mən bura elə-belə yerə gəlməmişəm. Adını çəkmək istəmədiyim bir sənət dostumun saçını gördüm, söylədim ki, tük əkdirmisən? Dedi, yox. Onun məsləhətindən sonra bura gəldim”.

Xatırladaq ki, simulyasiya saç problemi olan nahiyələrə xüsusi hazırlanmış cihazla saç simulyasiyası boyasının baş dərisinə kiçik saç kökü effektləri verilərək doldurulmasi prosedurudur. Dəri fiziologiyasina bağlı olaraq ortalama 5 il istifadə imkanı vardır.

Qeyd edək ki, Manaf Ağayevdən öncə əməkdar artist Vasif Məhərrəmli eyni həkimə müraciət edərək yeni saçlara sahib olmuşdu.


Müəllif: Aygül Qarayeva