Rusiyanın tanınmış müğənnisi Anita Soy xəstəxanaya düşüb.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə ifaçı Instaqram səhifəsində məlumat verib. Belində kəskin ağrılar olduğunu deyən müğənni əməliyyat olunmaq üçün Moskvaya aparılır.
Müğənni səhhəti ilə əlaqədar konsertlərinin təxirə salınmasına görə pərəstişkarlarından üzr istəyib.