22 Oktyabr 2018 15:46
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müğənni Damla ilə Şəbnəm Tovuzlu zövqsüz geyinir”.

Bu sözləri Teleqraf.com-a stilist Samiraldo ( Samir Əliyev ) deyib.

İmic ustası Damla, Şəbnəm Tovuzlu və Xatirə İslamın “Yaşıl teatr”dakı konsertlərində geyindikləri libasları təhlil edib:

“Xatirə İslam, Şəbnəm Tovuzlu və Damlanın konsertdə geyindiyi geyimlərə nəzər salsaq, Xatirənin geyimi daha zövqlü görünürdü. Ən gözəl makiyaj, geyim Xatirədə alınmışdı. Amma orada elə mahnılar ifa etdi ki, geyimlə uyğun gəlmirdi.

Damla, Şəbnəm Tovuzlu çox zövqsüz geyinmişdi. İkisi də eyni rəngdə olan libaslardan istifadə etmişdilər. Həddindən artıq eybəcər görünürdülər. Düşünürəm, stilistlər onu bəzəyəndə belə geyinməyə imkan verməməliydilər”.

Qeyd edək ki, Samiraldonun sözlərinə aşağıdakı müsahibənin 18:42 saniyəsindən sonra baxa bilərsiniz.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər