23 Oktyabr 2018 18:00
2 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nura Suri şəxsi həyatından danışıb.

Teleqraf.com-un məlumatına görə, ifaçı “Səhər-səhər” verilişində danışarkən, sevdiyi şəxsin olmadığını bildirib:

“Həyatımda sevgi yoxdur, olsa deyərdim. Elə dəbdən salıblar ki, sevgi sözü yoxdur. İndiki zəmanədə hər kəs istəyir ki, qısa müddətli münasibət yaşasın. Ailələr qurulur, dağılır. Bu da yaxşı deyil. İstəyirəm insanlar anlasın ki, dünyanı yalnız sevgi xilas edə bilər. Bu, yalnız kişiyə olan hissiyat deyil. İnsanların qəlbində sevgi varsa, təbiətin də, insanların da qayğısına qalacaq. Sevgini dəbə salaq ki, mən də kiməsə etibar edib sevim. Tam səmimi deyirəm ki, həyatımda heç kim yoxdur. Nə mən sevirəm, nə də məni sevən var".


Müəllif: Teleqraf.com